DİN-in Mətbuat Xidmətindən verilən məlumat

Oktyabrın 25-də və 26-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 25, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.
- Oktyabrın 25-də və 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
- Polis əməkdaşlarının oktyabrın 25-də və 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
- Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 25-də və 26-da ümumi çəkisi 8,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
- Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Oktyabrın 25-də və 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 qumbara, 8 tüfəng, 19 patron darağı və 3022 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.