“China Energy Engineering Corporation Limited” şirkəti ilə görüş keçirilib

Müzakiələr zamanı dənizdə 200 MVt gücündə külək və quruda 160 MVt gücündə günəş enerjisi layihələri üzrə əməkdaşlığın cari vəziyyəti dəyərləndirilib, növbəti addımlar müəyyənləşdirilib. Biləsuvar və Neftçalada ümumi gücü 760 MVt olan günəş elektrik stansiyalarının inşası və avadanlıqlarla təchizatında şirkətin fəaliyyəti yüksək qiymətləndirilib. Bundan başqa, görüşdə Azərbaycanla Mərkəzi Asiya, Türkiyə və Avropa arasında elektrik enerjisinin ötürülməsi layihələrinin inkişafı ilə bağlı məsələlər və şirkətlə əməkdaşlıq imkanları ətrafında da fikir mübadiləsi aparılıb.