Azərbaycanlı alim Vaqif Qələndər tibb sahəsində Nobel mükafatına namizəd göstərildi
EmpaTV xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən professor bildirib ki, o, Azərbaycandan Nobel mükafatına təqdim edilən ilk alimdir: “Azərbaycandan ilk aliməm ki, rekonstruktiv sinə cərrahiyyəsi ilə bağlı kəşfim qəbul edilib. Rekonstruktiv bərpaedici cərrahiyyədə sinə rekonstruksiyasının dünyada üç üsulu var. Lakin əvvəlki metodlarda qarşı tərəfin toxumasından istifadə olunurdu və əməliyyat eyni şəxsdə aparıla bilmirdi. Biz ilk dəfə bu problemi aradan qaldırmışıq. 18 meyit üzərində apardığımız tədqiqatlardan sonra yeni metodika yaratdıq və bu üsul artıq Amerikanın Florida Universitetinin dərsliklərinə daxil edilib.”
Professorun sözlərinə görə, yeni üsulun tətbiqi nəticəsində qadınlarda sinə bərpası artıq eyni əməliyyat zamanı həyata keçirilir, əvvəlki kimi bir neçə mərhələyə ehtiyac qalmır. Bu innovativ yanaşma məhz elmi kəşf kimi dəyərləndirilib.
Vaqif Qələndər qeyd edib ki, Nobel mükafatına namizəd olmaq üçün xüsusi elmi və institusional kriteriyalar mövcuddur:
“Hər nominasiyanı ora göndərmək mümkün deyil. Bu, çox ciddi elmi sübutlara və beynəlxalq təsdiqlərə əsaslanır.”
Professor Vaqif Qələndərin elmi yenilikləri dünya alimləri tərəfindən yüksək qiymətləndirilib. O, Avropa Təbiət Elmləri Akademiyasının “Ali xidmət” ordeni, Türk Dünyası Araşdırmaları Akademiyasının “Qızıl Ulduz” medalı və “Şərəf” ordeni, eləcə də Beynəlxalq Atatürk mükafatı və Cenevrədə Beynəlxalq Mükafatlar Komitəsinin “Hippokrat” ordeni ilə təltif olunub.
Vaqif Qələndər 2003-cü ildə tibb üzrə fəlsəfə doktoru, 2017-ci ildə isə tibb elmləri doktoru alimlik dərəcəsi alıb. Hazırda o, Azərbaycan Dövlət Tibb Universitetinin və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun professorudur.
Onun müəllifi olduğu “Daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı metodika ABŞ-da Rui Fernandesin rəhbərliyi ilə nəşr olunan “Local and Regional Flaps in Head & Neck Reconstruction” dərsliyində “Vaqif Qələndər metodu” kimi təqdim olunur.
Alim 40-dan çox beynəlxalq konfransda məruzələrlə çıxış edib, 78 elmi işi isə xarici jurnallarda dərc olunub. O, Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və sədri, həmçinin İPRAS – Beynəlxalq Plastik-Rekonstruktiv Cərrahiyyə Cəmiyyətinin idarə heyətinin üzvüdür.
2025-ci ildə isə Vaqif Qələndər Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “İlin elm adamı” seçilərək “Ali şərəf və ləyaqət” ordeni ilə təltif edilib.