Azyaşlı gəlin toy gecəsi öldü

Azyaşlı gəlin toy gecəsi öldü




Astarada dünən toyu olan 17 yaşlı qız ölüb. Hamilə imiş...


EmpaTV xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ. dünən Deqədi kəndində şadlıq saraylarından birində toyu olub.

Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Ə.İ.nin hamilə olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Top