Bakıda daha bir ərazidə binalar plana düşüb, söküntü işlərinə başlanılır

Bakıda daha bir ərazidə binalar plana düşüb, söküntü işlərinə başlanılır



EmpaTV  xəbər verir ki, söhbət paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 36A ünvanında yerləşən istismar müddətini başa vurmuş bir neçə 5 mərtəbəli yaşayış binasından gedir.

Layihəni həyata keçirən “Kursus Nizami” MTK-dan bildirilib ki, ərazidə 5 binanın söküntüsü baş tutacaq. 5 mərtəbəli köhnə binaları yeni, 16 mərtəbəli binalar əvəzləyəcək.

Sakinlərlə müqavilələr bağlanıb, buna uyğun olaraq bəziləri kompensasiya, bəziləri də inşa olunacaq yeni binadan mənzillərlə təmin olunacaqlar.

Top