İçində sərnişinlər olan qatara daş atan yeniyetmələr tapıldı

İçində sərnişinlər olan qatara daş atan yeniyetmələr tapıldı



Polis sürət qatarına daş atan yeniyetmələri müəyyən edib.

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarına Sabunçu rayonu Kürdəxanı qəsəbəsində daşla ziyan vuran şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən EmpaTV-yə bildirib ki, əməli törədənlər 2010-cu il təvəllüdlü iki yeniyetmə valideynləri ilə Sabunçu Xətt Polis Şöbəsinə dəvət olunublar. Onlar barəsində müvafiq qanunvericiliyə uyğun profilaktik məsuliyyət tədbirləri görülüb.

Top