Güclü zəlzələ Ermənistanı silkələdi

Güclü zəlzələ Ermənistanı silkələdi



Ermənistanda 4,4 bal gücündə zəlzələ qeydə alıb.

EmpaTV xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin Seysmik Müdafiə Xidməti məlumat yayıb.

Yerli vaxtla saat 19:49-da qeydə alınan zəlzələnin ocağı Ermənistan-Gürcüstan sərhədində, Bavra kəndindən 8 km cənub-şərqdə, 10 km dərinlikdə yerləşib.

Zəlzələnin koordinatları 41.08° şimal enliyi və 43.89° şərq uzunluğudur.

Episentrdə yeraltı təkanların gücü 5–6 bal, Şirak və Lori bölgələrində isə 4–5 bal gücündə hiss olunub.

Dağıntı və tələfatla bağlı məlumat verilməyib.

Ermənistanda baş vermiş zəlzələ Türkiyə və Gürcüstanda da hiss edilib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi Ermənistanda 4,4 bal gücündə zəlzələ qeydə alındığını bildirib. Zəlzələ Türkiyənin Qars vilayətinin Akyaka bölgəsində də hiss olunub.
Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib ki, 4,4 maqnitudalı zəlzələ Ermənistan ərazisində, Gürcüstan sərhədindən 4 kilometr aralıda qeydə alınıb.
Top