Göygöldə dəhşətli qəza - 2 ölü, 2 yaralı

Göygöldə dəhşətli qəza - 2 ölü, 2 yaralı



Göygöldə ağır yol qəzası olub.

EmpaTV xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan beynalxalq avtomobil yolunun Bəhrambağ-Yeni Qızılca ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Mercedes” markalı avtomobil dəmir bariyeri qıraraq aşıb.

Nəticədə iki nəfər ölüb, daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Top