Bir qadın düşün.....

Bir qadın düşün.....


"Bir qadın düşün.....
Ürəyində bahar fəsli, sözləri payız yarpaqlarıtək ətrafı bəzəyir, ruhu incədən incə. Bir qadın duşun ki, sevgidən ev tikmiş. İçində rəngarəng güllər, ətrafında kəpənəklər rəqs edir".
Qadınların ruhu eynidir çox vaxt. Bəzi qadınlar kaba mühitə düşür, özünü ifadə edə bilmir küsür taleyinə, sonra barışır və sönük ruhla yaşayır. Burdan məhz onlara səslənirəm: Dirnaq içində yazdığım sözlər hər qadına aiddir. O qədər gözəl ruhumuz var ki bizim. Yaradan elə gözəllik verib ki, ruhumuza. Özünüzə küsməyin. Əksinə ruhunuza mane olanlara kusun, bağışlayın və sevgiylə yola salıb ÖZ DÜNYANIZA -yəni ruhunuza nəzər edin. O dünya ki, ora sizdən başqa kimsə müdaxilə edə bilmir. Azadliğınızı hiss edin! Azadlıq ruhunuzdadır.
İmza: Sevinc R.
Top