Əməkdar artist Vahid Əliyev vəfat edib
Əməkdar artist Vahid Əliyev uzunsürən xəstəlikdən sonra noyabrın 6-da 73 yaşında vəfat edib.
Bu barədə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrından məlumat verilib.
Qeyd edək ki, Vahid Əliyev 1952-ci il fevralın 7-də Tovuzda anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib.
1975-ci ildən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrın aktyoru kimi fəaliyyət göstərən Vahid Əliyev 2011-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.
Əməkdar artist Vahid Əliyev Badamdar qəbiristanlığında dəfn ediləcək.
Mərhumun oğlu Ramin Əliyev məlumat verib ki, Vahid Əliyevlə vida mərasimi sabah saat 13:00-da yaşadığı General Əliağa Şıxlinski küçəsi, 25 ünvanında keçiriləcək.