Zəfər Günü münasibətilə “Zəfər yolu” adlı rəsm sərgisi təşkil olunub
6 noyabr 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər yolu” adlı rəsm sərgisi təşkil olunub.
Tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sərginin açılışını Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva edib. Ülviyyə xanım çıxışında qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində ən parlaq səhifələrdən biridir. Bu möhtəşəm Qələbə Ulu Öndər Heydər Əliyev ideyalarının, onun müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin, xalq–ordu–dövlət birliyinin və Azərbaycan xalqının milli həmrəyliyinin nəticəsidir.
Deputat vurğulayıb ki, Zəfər Günü təkcə hərbi qələbə deyil, həm də xalqımızın mənəvi gücünün, dövlətinə və liderinə sarsılmaz inamının rəmzidir. Bu münasibətlə keçirilən sərgi həm qalib xalqın mədəni qüdrətini, həm də Vətənə sevgisini əks etdirir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar Zəfər Gününə həsr etdiyi şeirlərini səsləndirərək xalqımızın qəhrəmanlıq ruhunu və şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Pərvin Həsənov çıxış edərək sərginin gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından əhəmiyyətindən danışıb, Rəssamlar Birliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib.
Sonda Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun müavini Ayşe Şengül Yıldırım çıxış edərək Zəfər Gününün Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsində mühüm mənəvi körpü rolunu oynadığını bildirib və sərgi iştirakçılarına uğurlar arzulayıb.
Sərgidə Naxçıvan Muxtar Respublikasının tanınmış və gənc rəssamları tərəfindən hazırlanmış 19 müəllifin 34 əsəri nümayiş etdirilib. Əsərlərdə Vətən müharibəsinin qəhrəmanlıq ruhu, Azərbaycan əsgərinin şücaəti, torpaqlarımızın azadlığı uğrunda mübarizənin bədii təcəssümü əksini tapıb.
Tədbirdə ictimaiyyət nümayəndələri, ali məktəb tələbələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Sonda sərgiyə baxış keçirilib, iştirakçılar və qonaqlar xatirə şəkli çəkdiriblər.
“Zəfər yolu” sərgisi bir həftə müddətində davam edəcək və hər gün saat 10:00-dan 17:00-dək sərgi salonunda ictimaiyyətin ziyarətinə açıq olacaq.