Azərbaycanlı qız Romada itkin düşdü

Azərbaycanlı qız Romada itkin düşdü


Azərbaycan vətəndaşı olan Sona Quliyeva Camil qızı Romada itkin düşüb.

EmpaTV xəbər verir ki, bu barədə "Avropa Azərbaycanlıları" feysbuk səhifəsi məlumat yayıb.

Qeyd edilib ki, boyu təxminən 165 sm, çəkisi təxminən 50 kq, arıq bədən quruluşludur. O, 3 noyabr gecəsi Bakından uçub, Roma hava limanına enib və oradan video paylaşaraq "Romaya çatdım" deyib. Ondan sonra heç bir xəbər yoxdur.

Top