Dəm qazı 2 can aldı
Bərdədə nənə və nəvə dəm qazından zəhərlənərək ölüb.
EmapaTV xəbər verir ki, hadisə rayonun Tumaslı kəndində baş verib. Kənd sakini Fətəliyeva Aytən Əsgər qızı nəvəsi Nəcəfov Sadiq Orxan oğlunu çimizdirərkən dəm qazından zəhərləniblər.
Hər iki şəxsin meyiti Bərdə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin morquna aparılıb. Tibbi müayinədən sonra meyitlər aidiyyatı üzrə təhvil verilib.