Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı


Yolları rahat, keçidləri isə daha təhlükəsiz oldu.
Paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində hərəkətin təşkili ilə bağlı dəyişiklik edilib. Sürücü və piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə kəsişmədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən  LED işıqlandırma ilə təchiz olunan yeni svetoforlar quraşdırılıb.

Sürücülərin daha aydın görmələri üçün “L” və “A” tipli olmaqla piyada bölməli ümumilikdə  16 svetofor hərəkət iştirakçılarının istifadəsinə verilib.
Qeyd edək ki, işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi əsasında həyata keçirilib.


Top