İranda güclü yağış daşqına səbəb oldu
İranda güclü yağışlar bir sıra fəsadlara səbəb olub.
EmpaTV “Iran International” telekanalına istinadən xəbər verir ki, leysandan əsas olaraq ölkənin İlam ostanı zərər görüb.
Belə ki, dünəndən yağan güclü yağış səbəbindən ostanın Abdanan və Dehluran şəhərlərində bir neçə çay daşıb.
Nəticədə çox sayda evi, küçələri su basıb.
Hazırda dəymiş zərərin qiymətləndirilməsi üzrə işlər aparılır.
Xatırladaq ki, bir neçə gün əvvəl İranın qərb hissəsindən ölkə ərazisinə siklonlar daxil olduğu barədə məlumat yayılmışdı. Daha əvvəl isə İranın paytaxtı Tehranda quraqlıqla bağlı su böhranı fonunda sakinlər yağış yağması üçün kollektiv dua ediblər. Noyabrın 15-də keçirilən dua mərasimi şəhərin İmamzadə Saleh məbəd kompleksində baş tutub.