Şəhərin mərkəzində su xətti partladı - böyük gölməçə yarandı

Şəhərin mərkəzində su xətti partladı - böyük gölməçə yarandı


Yasamal rayonunda su xətti partlayıb.

EmpaTV xəbər verir ki, Yasamal rayonu, Müstəqillik küçəsində MİDA yaşayış kompleksinin həyətində su xətlərinin partlaması nəticəsində yolu su basıb.

Nəticədə avtomobil və piyadaların hərəkəti çətinləşib. Hal-hazırda da yola su axmaqda davam edir.
 
Yolun hərəkət istiqamətində gölməçə əmələ gəlib.
Top