22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür

22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür


22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü və Azərbaycan ədliyyəsinin yaradılmasının 107-ci ildönümüdür.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir. 

Bu münasibətlə EmpaTV ədliyyə işçilərini təbrik edir, məsuliyyətli, fədakar və şərəfli işlərində uğurlar arzulayırıq.

Ədliyyə sahəsində son illər ərzində idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflıq və səmərəliliyin artırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Ədliyyə orqanlarının fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılması, rəqəmsal həllərin tətbiqi, elektron xidmətlərə əlçatanlığın genişləndirilməsi bu dövrün əsas prioritetləri olub.


Top