25 yaşlı qadın dərmandan zəhərləndi

25 yaşlı qadın dərmandan zəhərləndi


Göygöldə qadın dərmandan zəhərlənib.

EmpaTV xəbər verir ki, rayonun Nadil kənd sakini 2000-ci il təvəllüdlü S.İsayeva zəhərlənmə ilə xəstəxanaya çatdırılıb. Dərhal gənc qadına tibbi yardım edilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, 25 yaşlı qadın yaşadığı evdə həşəratlara qarşı istifadə olunan dərmandan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Top