Heydər Əliyev prospektində avtomobil yandı
Heydər Əliyev prospektində avtomobillərin birində baş verən yanğın nəticəsində nəqliyyat sıxlığı yaranıb.
Paytaxtın Nərimanov rayonunun Heydər Əliyev prospekti, əsas yolda avtomobillərin birində yanğın baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, prospektin hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis və digər qurumların əməkdaşları hadisə yerindədir və yaranan nəqliyyat sıxlığının aradan qaldırılması üçün tədbirlər görülür.