Sürücü nəqliyyat vasitəsini 1.12 - stop-xətt qarşısında dayandırmalıdır
Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücü nəqliyyat vasitəsini 1.12 - stop-xətt qarşısında dayandırmalıdır. Əgər bu xətt yoxdursa, sürücü nəqliyyat vasitəsini piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında, bununla yanaşı piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayandırmalıdır.