İmişlidə zəncirvari qəza - Xəsarət alanlar var

Bu gün saat 10:30 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər şəxs (kişi cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travması, sol bud sümüyünün sınığı, sol sirkə kasasının sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 1995-ci il təvəllüdlü şəxs cərrahi əməliyyata götürülüb, müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
1960-cı və 1966-cı il təvəllüdlü pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.