Beynəlxalq Muğam Mərkəzində "Zabul Segah" Dəstgahının Təntənəsi
Azərbaycan musiqi sənətinin ən möhtəşəm nümunələrindən biri olan "Zabul Segah" Beynəlxalq Muğam Mərkəzində uğurla səsləndirildi. "Azərbaycan Muğamı" layihəsi çərçivəsində təqdim olunan "Muğam Dəstgahları" silsiləsindən olan bu konsert gecəsi tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı və bir daha gənc ifaçıların peşəkarlığını nümayiş etdirdi.
Muğam Müsabiqəsi Qaliblərinin Məsuliyyətli İfası
Gecənin əsas ifaçıları Muğam Televiziya Müsabiqəsinin istedadlı qalibləri – Rəis Niftəliyev, Nərmin Mirzəyeva və Ramil Hümbətli oldular. Onlar milli muğam irsinin ən mürəkkəb növlərindən sayılan "Zabul Segah"ı yüksək ustalıqla, dinləyicilərə unudulmaz emosiyalar bəxş edərək ifa etdilər.
Xanəndələrin emosional ifaları musiqiçi heyəti tərəfindən peşəkarlıqla müşayiət olundu. Ansamblın tərkibində Kamal Nuriyev(tar) və Ceyhun Muradov (kamança), Əməkdar artist Çinarə Mütəllimova (qanun), Rafael Əsgərov (balaban) və Emin Cəbrayılov (nağara) yer aldı. Musiqi alətlərinin və xanəndələrin səsindəki harmoniyası Muğam Mərkəzinin zalında əsl sənət bayramı yaratdı.
İfaçıların Segahla Bağlı Hissləri
Tədbir iştirakçısı olaraq,bu möhtəşəm axşamdan sonra xanəndələrlə əlaqə saxlayaraq,onların təəssüratlarını və dəstgaha yanaşma tərzlərini öyrəndim.
Rəis Niftəliyev: "Hər muğamda özünü göstərməlisən"
Xanəndə Rəis Niftəliyev konsertin çox gözəl keçdiyini vurğulayıb və "Zabul Segah"ın ağırlığından danışıb.
Rəis Niftəliyev: "Konsert mənim üçün çox gözəl oldu. Zabul elə bir muğamdır ki, bütün muğamlarımızda olduğu kimi, gərək onu özünəməxsus, klassik oxuyasan və bacardığını göstərə biləsən. Bu, həqiqətən, ağır muğamdır. Orada elə məqamlar var ki, gərək özün axtarış aparasan, özünü göstərəsən, özün üçün bir dünya yaratmalısan."
O, həmçinin bu dəstgahda xırdalıqlara xüsusi diqqət yetirməyin vacibliyini qeyd edib.
Rəis Niftəliyev: "Hətta elə hissələr var ki, orada özünəməxsus xırdalıqlar edirsən, yəni klassik olsa da, yaradıcılıqla yanaşırsan."
Ramil Hümbətli: "Segah həm məsuliyyət, həm də xoşbəxtlikdir."
IX Muğam Televiziya Müsabiqəsinin qaliblərindən olan gənc xanəndə Ramil Hümbətli isə Segahın xalqımız üçün xüsusi əhəmiyyətindən bəhs etdi.
Ramil Hümbətli: "Segah muğamını ifa etmək mənim üçün həm məsuliyyət, həm də xoşbəxtlikdir. Segah muğamı sırf xalqa xas bir muğamdır və oradakı hissləri tamaşaçılara ən yaxşı şəkildə ötürmək lazım idi. Hazırlıq zamanı Segah şöbəsinin bölgüsündə şəxsən oxuduğum yerləri seçdim. Çünki bu məqamlar mənə daha arxayın olduğum hissələr idi. Bacardığımız qədər ən yaxşı şəkildə ifanı təqdim etməyə çalışdıq."
Tamaşaçı Təəssüratları
Tədbir iştirakçıları bir səslə konsertin "çox əla keçdiyini" qeyd edərək, gənc ifaçıların muğama olan dərin ehtiramını və peşəkarlığını yüksək qiymətləndirdilər. Bu konsert gənc istedadların yetişməsi və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində Muğam Mərkəzinin fəaliyyətinin əhəmiyyətini bir daha sübut etdi.
Muğam Müsabiqəsi Qaliblərinin Məsuliyyətli İfası
Gecənin əsas ifaçıları Muğam Televiziya Müsabiqəsinin istedadlı qalibləri – Rəis Niftəliyev, Nərmin Mirzəyeva və Ramil Hümbətli oldular. Onlar milli muğam irsinin ən mürəkkəb növlərindən sayılan "Zabul Segah"ı yüksək ustalıqla, dinləyicilərə unudulmaz emosiyalar bəxş edərək ifa etdilər.
Xanəndələrin emosional ifaları musiqiçi heyəti tərəfindən peşəkarlıqla müşayiət olundu. Ansamblın tərkibində Kamal Nuriyev(tar) və Ceyhun Muradov (kamança), Əməkdar artist Çinarə Mütəllimova (qanun), Rafael Əsgərov (balaban) və Emin Cəbrayılov (nağara) yer aldı. Musiqi alətlərinin və xanəndələrin səsindəki harmoniyası Muğam Mərkəzinin zalında əsl sənət bayramı yaratdı.
İfaçıların Segahla Bağlı HissləriTədbir iştirakçısı olaraq,bu möhtəşəm axşamdan sonra xanəndələrlə əlaqə saxlayaraq,onların təəssüratlarını və dəstgaha yanaşma tərzlərini öyrəndim.
Rəis Niftəliyev: "Hər muğamda özünü göstərməlisən"
Xanəndə Rəis Niftəliyev konsertin çox gözəl keçdiyini vurğulayıb və "Zabul Segah"ın ağırlığından danışıb.
Rəis Niftəliyev: "Konsert mənim üçün çox gözəl oldu. Zabul elə bir muğamdır ki, bütün muğamlarımızda olduğu kimi, gərək onu özünəməxsus, klassik oxuyasan və bacardığını göstərə biləsən. Bu, həqiqətən, ağır muğamdır. Orada elə məqamlar var ki, gərək özün axtarış aparasan, özünü göstərəsən, özün üçün bir dünya yaratmalısan."
O, həmçinin bu dəstgahda xırdalıqlara xüsusi diqqət yetirməyin vacibliyini qeyd edib.
Rəis Niftəliyev: "Hətta elə hissələr var ki, orada özünəməxsus xırdalıqlar edirsən, yəni klassik olsa da, yaradıcılıqla yanaşırsan."
Ramil Hümbətli: "Segah həm məsuliyyət, həm də xoşbəxtlikdir."
IX Muğam Televiziya Müsabiqəsinin qaliblərindən olan gənc xanəndə Ramil Hümbətli isə Segahın xalqımız üçün xüsusi əhəmiyyətindən bəhs etdi.
Ramil Hümbətli: "Segah muğamını ifa etmək mənim üçün həm məsuliyyət, həm də xoşbəxtlikdir. Segah muğamı sırf xalqa xas bir muğamdır və oradakı hissləri tamaşaçılara ən yaxşı şəkildə ötürmək lazım idi. Hazırlıq zamanı Segah şöbəsinin bölgüsündə şəxsən oxuduğum yerləri seçdim. Çünki bu məqamlar mənə daha arxayın olduğum hissələr idi. Bacardığımız qədər ən yaxşı şəkildə ifanı təqdim etməyə çalışdıq."
Tamaşaçı TəəssüratlarıTədbir iştirakçıları bir səslə konsertin "çox əla keçdiyini" qeyd edərək, gənc ifaçıların muğama olan dərin ehtiramını və peşəkarlığını yüksək qiymətləndirdilər. Bu konsert gənc istedadların yetişməsi və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində Muğam Mərkəzinin fəaliyyətinin əhəmiyyətini bir daha sübut etdi.
Aysu Qədirli