Piyada intizamı yol hərəkətində ən mühüm amildir
Baş Dövlət Yol Polisi İdarəsi piyadaların iştirakı ilə qeydə alınan yol qəzalarının profilaktikası sahəsində tədbirlərini davam etdirir.
Təqdim olunan videogörüntülərdən məlum olur ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar arasında hələ də qaydalara biganə yanaşan, əslində isə öz həyat və sağlamlığını təhlükəyə atanlar az deyil.
Xoşagəlməz halların qarşısının vaxtında alınması məqsədilə təşkil olunan növbəti maarifləndirmə tədbiri zamanı da yolu nəzərdə tutulmayan yerdən keçərək özləri ilə yanaşı digər hərəkət iştirakçılarına da ciddi problem yaradan piyadalarla zəruri izahat işləri aparılıb, yol hərəkəti qaydalarına əməl etməyin vacibliyi barədə məlumat verilib.
Qeyd edək ki, piyadalar arasında intizamın möhkəmləndirilməsi, yol hərəkəti təhlükəsizliyinin təmini, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədilə tədbirlər davam etdiriləcək.