Şəmkirdə mikroavtobus su kanalına aşıb
Kür-Narınqala avtomobil yolundakı qəza nəticəsində yaralananların sayı 12 nəfərə çatıb və onların kimliyi bilinib.
Belə ki, Yevlax sakinləri olan Musayeva Aygün Rövşən qızı (1984), Hüseynova Aygül Həsən qızı(1958), Hüseynova Laləzar Göygöz qızı (1965), Məmmədova Afət Eyyub qızı (1962), Məmmədova Natella Müzəffər qızı (1966), Cəfərova Məlahət Cəfər qızı (1965), Səlimov Elman Rasim oğlu (1994), Musayeva Nuriyyə Köçəri qızı (1986), Musayeva Bəsti Köçəri qızı (1956), Əhmədova Gülnar Ramiz qızı (1987), Babayeva Mahirə Bayram qızı (1970) və Samirə adlı qadın Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasından saytımıza verilən məlumata əsasən, bu gün saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə 12 nəfər (11-i qadın, 1-i kişi olmaqla) xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.
Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir”.