DİN-in Mətbuat Xidmətindən verilən məlumat

DİN-in Mətbuat Xidmətindən verilən məlumat


- Dekabrın 3-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  
- Axtarışda olduğuna görə ümumilikdə 275, o cümlədən borclu şəxs qismində axtarışda olan 243 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
- Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
- Dekabrın 3-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
- Polis əməkdaşlarının dekabrın 3-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
- Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
- Dekabrın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 4 qumbara, 3 alışdırıcı, 5 tüfəng və 93 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
- Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 3-də ümumi çəkisi 8,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Top