FIFA Sülh Mükafatını Trampa verdilər

FIFA Sülh Mükafatını Trampa verdilər


FIFA rəhbəri Canni İnfantino 2026-cı il dünya çempionatının püşkatma mərasimi zamanı ABŞ Prezidenti Donald Trampa Sülh Mükafatını təqdim edib.

EmpaTV xəbər verir ki, Trampa dörd əlin Yer kürəsini tutduğu heykəlcik və xüsusi medal təqdim olunub.

Qeyd edək ki, DÇ-2026 üç ölkədə – ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə 48 milli komanda iştirak edəcək. Mundial 11 iyun 2026-cı ildə başlayacaq, final matçı isə iyulun 19-da baş tutacaq.

Top