Gəncədə avtomobil divara çırpılıb, 2 nəfər xəsarət alıb

Gəncədə avtomobil divara çırpılıb, 2 nəfər xəsarət alıb


Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

EmpaTV xəbər verir ki, şəhər ərazisində “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.

Qəza zamanı 2 nəfər-1999-cu il təvəllüdlü R.Namazov və 2006-cı il təvəllüdlü G.Huseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Top