"Lexus" kanala aşdı - 5 nəfər öldü - YENİLƏNİB
Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb.
EmpaTV xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində baş verib.
Gecə saatlarında kənddə yolda idarəetmədən çıxan "Lexsus" markalı minik avtomobili kanala aşıb. Nəticədə maşında olan 5 nəfər suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.