Beyləqanda yol qəzasında xəsarət alanların kimliyi məlum olub
Beyləqanda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
EmpaTV xəbər verir ki, yol nəqliyyat hadisəsi rayonun Birinci Aşıqlı kəndi ərazində baş verib.
Belə ki, hərəkətdə olan "QazEl" markalı avtomobil "Xazar Lada" markalı avtomobil ilə toqquşub. Avtomobildə olan 4 nəfər xəsarət alıb.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Rayonun Birinci Aşıqlı kəndində baş verın qəza zamanı 2002-ci il təvəllüdlü Əhmədli Ümid Anar oğlu
Belə ki, 2004-cü il təvəllüdlü Allahverdiyev Mikayıl Elmar oğlu, 2003-cü il təvəllüdlü Abdullayev Abbas Ramil oğlu və 1999-cu il təvəllüdlü Süleymanlı Sahil Eldəniz oğlu müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.