Gəncədə 8 şagird dönərdən zəhərləndi

Gəncədə 8 şagird dönərdən zəhərləndi


Gəncə şəhərində orta məktəb şagirdləri arasında zəhərlənmə qeydə alınıb.

EmpaTV-nin əldə etdiyi məlumata görə, Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.

Belə ki, bir neçə şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlar 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir.
Faktla bağlı araşdırma aparılır.
Top