Bakıda yeniyetmə 16-cı mərtəbədən yıxıldı
Bakıda yeniyetmə çoxmərtəbəli binadan yıxılıb.
EmpaTV-nin məlumatına görə, hadisə Yasamal rayonu İ.Qutqaşınlı küçəsində qeydə alınıb.
17 yaşlı B.M. həmin küçədə yerləşən 16 mərtəbəli binanın sonuncu mərtəbəsindən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.