Yas mərasimində 23 qadın dəm qazından zəhərləndi
Naxçıvanın Babək rayonunun Kültəpə kəndindən Yoluxucu Xəstəliklər Mərkəzinə ümumilikdə 23 nəfər qadın dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub.
Bu barədə Naxçıvan Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aparılmış tibbi müayinələr nəticəsində onların 8 nəfərində dəm qazından zəhərlənmə halları təsdiqlənib.
“Bütün pasiyentlərə zəruri tibbi müdaxilələr göstərilib, vəziyyətləri hərtərəfli qiymətləndirilib. Zərərçəkənlər arasında ağır vəziyyətdə olan şəxs qeydə alınmayıb.
Səhhəti stabilləşmiş şəxslər ambulator nəzarətə buraxılıb, hazırda mərkəzdə stasionar müalicə alan pasiyent yoxdur”, - deyə məlumatda qeyd edilib.
Məlumata görə qadınlar rayon ərazisində keçirilən yas mərasimində zəhərləniblər.