Azərbaycandakı rəsmi işsizlərin sayı açıqlandı

Azərbaycandakı rəsmi işsizlərin sayı açıqlandı


Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata görə, 2025-ci il dekabr ayının 1-i vəziyyətinə 239,3 min nəfər işsiz kimi qeydiyyata alınıb.

Onların 51,5 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 494,3 manat olub.  

Top