Misin bahalaşması digər məhsullara da təsir göstərə bilər
Misin qiyməti il ərzində 35 faiz bahalaşaraq 12 min dollara çatıb. Bu bahalaşma digər məhsullarda da qiymət artımı ilə nəticələnəcək.
EmpaTV xəbər verir ki, bu barədə “Reuters”ə avropalı ekspertlər bildiriblər. Onların fikrincə, buna paralel olaraq qlobal bazarda kompüter texnologiyaları, məişət texnikası və rəqəmli texnikalar da bahalaşacaq.
Bildirilib ki, mis sözügedən məhsulların istehsalında vacib komponentdir. Lakin yaxın həftələrdə qiymət artımı barədə danışmaq hələ tezdir. Qiymət artımını istehlakçılar ən tezi gələn yayda hiss edəcəklər.