14 yaşlı qızı özündən 19 yaş böyük oğlana ərə vermək istədilər
Tovuz Rayon Polis Şöbəsinə rayonunun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.
Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Yeniyetmə qızın toy mərasiminin keçirilməsi cəhdinin bəzi detalları məlum olub.EmpaTV-nin məlumatına görə, övladlarına toy edən hər iki valdeyin məclisinin keçiriləcəyi restoranının sahibini aldadıblar. Belə ki, valdeyinlər şadlıq sarayına başqa sənəd veriblər, yəni yaşı uyğun olan şəxsin kimliyini restorana təqdim ediblər.
Toy başlayan zaman məlum olub ki, qızın 14 yaşı var. Dərhal toyun qarşısı alınıb.
Qeyd edək ki, bəyin atası bir aylıq həbs edilib.