Gədəbəydə 65 yaşlı kişi qayadan yıxılıb öldü

Gədəbəydə 65 yaşlı kişi qayadan yıxılıb öldü


Gədəbəy sakini bədbəxt hadisə nəticəsində ölüb.

EmpaTV xəbər verir ki, hadisə  Söyüdlü kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin 1960-cı il təvəllüdlü sakini Musa Həsən oğlu Həsənov 10-12 metr hündürlüyü olan qayadan yıxılıb.

O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.

Top