Qaxda 43 yaşlı piyadanı maşın vurub öldürdü
Qaxda avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.
EmpaTV xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Məlumata görə, H. Bayramovanın idarə etdiyi “Nissan” markalı avtomobil piyada, 1982-ci il təvəllüdlü Maya Otaraşvilini vurub. Ağır xəsarətlər alan piyada dərhal xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.