Bu toyuqları yeməyin

Bu toyuqları yeməyin


Toyuq əti Azərbaycanda ən çox istehlak olunan qida məhsullarından biridir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi hallarda toyuq əti sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Mütəxəssislər qeyd edir ki, istehlakçılar çox zaman toyuğun rənginə və qoxusuna aldanırlar, lakin bu, təhlükəsizliyin göstəricisi deyil. Bakteriyalar hər zaman gözlə görünmür və məhsul normal görünsə belə, sağlamlıq üçün risk daşıya bilər. Yarımçıq bişmiş toyuq əti qəbul edildikdən sonra 6-24 saat ərzində ürəkbulanma, qusma, ishal, qarın ağrısı və yüksək hərarət müşahidə oluna bilər. Bu əlamətlər əsasən salmonella infeksiyasına işarə edir.

Həkimlər qeyd edir ki, uşaqlar, yaşlılar, hamilə qadınlar və immun sistemi zəif olan şəxslər risk qrupuna daxildir. Bu kateqoriyadan olan insanlarda zəhərlənmə daha ağır keçir, bəzən susuzlaşma və ağır infeksiya səbəbindən xəstəxana şəraitində müalicə tələb olunur.

Həkimlər valideynlərə xüsusi xəbərdarlıq edərək bildirir ki, azyaşlı uşaqlara verilən toyuq əti mütləq yaxşı bişmiş olmalı, içi çəhrayı və ya qanlı qalmamalıdır.

Mütəxəssislər vətəndaşlara toyuq ətini yalnız rəsmi satış nöqtələrindən almağı, çiy toyuğu digər qidalardan ayrı saxlamağı, bişirmə zamanı ətin tam bişdiyinə əmin olmağı və çiy ətlə təmasdan sonra əlləri və mətbəx alətlərini mütləq yumağı tövsiyə edirlər.

Top