Şəkidə canavar kəndə hücum etdi

Şəkidə canavar kəndə hücum etdi


Şəkinin Bideyiz kəndində canavar insanlara hücum edib.

EmpaTV xəbər verir ki, nəticədə 5 nəfər- 1998-ci il təvəllüdlü Nazilə Qurbanova, 1976-cı il təvəllüdlü Sevinc Qurbanova, 1973-cü il təvəllüdlü Gündüz Lətifov, 1998-ci il təvəllüdlü Fariz Lətifov və 2020-ci il təvəllüdlü Zaur Qurbanov xəsarət alıblar.

Canavarın kənddə vahimə yaratdığı bildirilir. Dövlət qurumları hadisə barədə məlumatlandırılıb. 

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Xəsarət alan 5 nəfər xəstəxanaya aparılıb.

Top