Xaçmaz rayonunda ölümlə nəticələnən yanğın olub
Xaçmaz rayonunda ölümlə nəticələnən yanğın olub.
EmpaTV xəbər verir ki, hadisə dünən Ortaoba kəndində qeydə alınıb.
Kənd sakini Məhəmməd Abdurəhim oğlu Pirquliyev yaşadığı fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində həlak olub.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.