Bakıda marşrut avtobusu ağır qəzaya düşdü - 2 ölü, 9 yaralı
EmpaTV Milli.Az-a istinadən xəbər verir ki, Qaradağ rayonun ərazisində sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşurut qəza edib.
Hadisə Bakı-Qazax magstralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza edib.
İlkin məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən iki nəfər ölüb. Bir neçə nəfərin isə yaralandığı bildirilir.
Qəzada ölənlərin kimliyi məlum olub.
Onlardan biri Bəşirov Taleh Üzeyir oğlu adı kişi, biri isə Cənnət adlı qadındır.
Ölən şəxslər Qaradağ rayonu Çeyildağ qəsəbəsinin sakinləridir.