Beykoz Universitetində keçirilən beynəlxalq simpoziumda Naxçıvandan mədəniyyət işçisi Fərid Əkbərli iştirak edib
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Beykoz Universitetində “Türkiyə–Azərbaycan Geostratejisi” mövzusunda beynəlxalq elmi simpozium təşkil olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasından mədəniyyət işçisi Əkbərli Fərid iştirak edərək çıxış edib. Çıxışında o, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün Türk Dünyası üçün milli birlik və ortaq dəyərlər baxımından əhəmiyyətini vurğulayıb.
Əkbərli Fərid bildirib ki, Azərbaycan–Türkiyə münasibətləri “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan strateji əməkdaşlıq modelidir və bu münasibətlər mədəniyyət sahəsində də uğurla inkişaf edir. O, xüsusilə Naxçıvan Muxtar Respublikasında son illərdə mədəniyyət sahəsində həyata keçirilən islahatları, tarixi abidələrin bərpasını və mədəni mühitin canlandırılmasını diqqətə çatdırıb.
Çıxış zamanı Naxçıvandan Türkiyəyə teatr tamaşalarının, musiqi kollektivlərinin və orkestr proqramlarının təqdim olunmasının iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyi qeyd olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikasından mədəniyyət işçisi Əkbərli Fərid iştirak edərək çıxış edib. Çıxışında o, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün Türk Dünyası üçün milli birlik və ortaq dəyərlər baxımından əhəmiyyətini vurğulayıb.
Əkbərli Fərid bildirib ki, Azərbaycan–Türkiyə münasibətləri “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan strateji əməkdaşlıq modelidir və bu münasibətlər mədəniyyət sahəsində də uğurla inkişaf edir. O, xüsusilə Naxçıvan Muxtar Respublikasında son illərdə mədəniyyət sahəsində həyata keçirilən islahatları, tarixi abidələrin bərpasını və mədəni mühitin canlandırılmasını diqqətə çatdırıb.Çıxış zamanı Naxçıvandan Türkiyəyə teatr tamaşalarının, musiqi kollektivlərinin və orkestr proqramlarının təqdim olunmasının iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyi qeyd olunub.
