Qadın işlədiyi gözəllik salonunda ölüb

Qadın işlədiyi gözəllik salonunda ölüb


Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.

EmpaTV-nin verdiyi xəbərə görə, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda baş verib. Biləsuvar rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Ümüdvar qızı Məmmədova işlədiyi gözəllik salonunda ölüb.

İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.

Top