Zaqatalada iki minik avtomobili toqquşub

Zaqatalada iki minik avtomobili toqquşub


Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü rayonun Svagil kənd sakini Tevruzov Şəhmir Əlimirzə oğlunun idarə etdiyi “Vaz 21010” markalı və  Aşağı Tala kənd sakini 1957-ci il təvəllüdlü Qurbanov Əli Kamil oğlunun idarə etdiyi “Opel” markalı iki avtomobil toqquşub.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsi ilə əlaqədar 7 nəfər (4 kişi, 3 qadın) 29.12.2025-ci il tarixində saat 15:40 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Top