Goranboyda bir ailənin üç üzvü balıqdan zəhərləndi

Goranboyda bir ailənin üç üzvü balıqdan zəhərləndi


Goranboyda bir ailənin üç üzvü zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. 

EmpaTV xəbər verir ki, 1965-ci il təvəllüdlü Nizami kənd sakini Səbirə Həmədova, 1990-cı il təvəllüdlü Mehirban Əhmədova və 2011-ci il təvəllüdlü N. Əhmədova xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, adıçəkilən şəxslər balıqdan zəhərlənib.

Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Top