Ucarda kişi dəm qazından öldü

Ucarda kişi dəm qazından öldü


Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

EmpaTV xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1971-ci il təvəllüdlü Əhmədov Rasim Mirəddin oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırma aparılır.

Top