Salyanda 11 yaşlı oğlan iynədən şoka düşüb öldü

Salyanda 11 yaşlı oğlan iynədən şoka düşüb öldü


Salyanda 11 yaşlı Elcan Nəcəfov inyeksiyadan şoka düşərək ölüb.

Bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 

Bildirilib ki, 4 yanvar saat 17:30 radələrində 2015-ci il təvəllüdlü şəxs (kişi) ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş hiperqlikemiya diaqnozu ilə azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 5 yanvar saat 04:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, E. Nəcəfov Salyan şəhər 9 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi idi.

Top