5-11 yanvar tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

5-11 yanvar tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU


Bu həftənin bürc proqnozları ilə qarşınızdayıq! Gəlin, növbəti 7 gün ərzində bürcünüzün sizə nə vəd etdiyini və ötürdüyü mesajları birlikdə kəşf edək!

Yanvarın 5-dən 11-nə qədər bütün bürclər üçün ulduz falını təqdim edirik:

Qoç

Bu həftə sürət yox, istiqamət seçimi ön plana çıxır. İş və karyera ilə bağlı konkret məsələ gündəmə gələ bilər və qərarsız qalmaq vaxt itkisinə səbəb olar. Şəxsi münasibətlərdə isə tələblərini açıq ifadə etmək vacibdir.

Uğurlu günlər: 6, 10 yanvar
Uğursuz gün: 8 yanvar

Buğa

5–11 yanvar aralığı sənə sabitlik qazandırmaqla yanaşı, yeni məsuliyyətlər də yükləyə bilər. Maddi mövzularla bağlı real hesab aparmaq lazım olacaq. Sizi düşündürən bir məsələ aydınlaşacaq.

Uğurlu günlər: 5, 9 yanvar
Uğursuz gün: 7 yanvar

Əkizlər

Bu həftə sözlərin və qərarların çəkisi artacaq. İşgüzar ünsiyyətdə diqqətli olun. Çünki yanlış ifadə sonradan problem yarada bilər. Yeni planlar qurmaq üçün tələsməyin, müşahidə mərhələsi sizin üçün daha faydalı olacaq.

Uğurlu günlər: 7, 11 yanvar
Uğursuz gün: 9 yanvar

Xərçəng

İlin bu mərhələsində münasibətlər mövzusu sizin üçün daha həssas olacaq. Qarşı tərəfdən gözləntilər artacaq, amma hər məsuliyyəti üzərinizə götürmək məcburi deyil. İşdə isə gecikmiş bir məsələ yenidən gündəmə gələ bilər.

Uğurlu günlər: 6, 10 yanvar
Uğursuz gün: 8 yanvar

Şir

Bu həftə diqqət mərkəzində olmaqdan çox, nəticə göstərmək vacibdir. Gündəlik iş rejimi və məsuliyyətlər artacaq. Sağlamlıq və enerji balansına fikir vermək lazımdır. Tələskən qərarlar fayda gətirməyəcək.

Uğurlu günlər: 5, 7 yanvar
Uğursuz gün: 11 yanvar

Qız

5–11 yanvar tarixləri sizin üçün nizam-intizam dövrüdür. Detallara diqqət sayəsində başqalarının görmədiyini görə biləcəksiniz. Şəxsi münasibətlərdə isə sakit, ölçülü davranış gərginliyi azaldacaq.

Uğurlu günlər: 6, 11 yanvar
Uğursuz gün: 8 yanvar

Tərəzi

Bu həftə seçim etmək məcburiyyəti yarana bilər. Həm işdə, həm də şəxsi həyatda yarımçıq qalan mövzuları tamamlamaq lazım gələcək. Qərar verərkən başqalarının fikri deyil, nəticə önəmli olacaq.

Uğurlu günlər: 7, 11 yanvar
Uğursuz gün: 9 yanvar

Əqrəb

Hadisələr sizi daha dərin düşünməyə sövq edəcək. Maddi və şəxsi sərhədlərlə bağlı məsələlər aktuallaşır. Bu həftə az danışıb, çox müşahidə etmək sizə üstünlük qazandıracaq.

Uğurlu günlər: 5, 9 yanvar
Uğursuz gün: 8 yanvar

Oxatan

Yeni ilin ilk tam həftəsi sizdən daha real planlar tələb edir. Böyük ideyalar olsa da, icra mərhələsi diqqət və səbir istəyəcək. Sosial çevrədə bir mövzuya mövqeyinizi bildirməli ola bilərsiniz.

Uğurlu günlər: 7, 11 yanvar
Uğursuz gün: 9 yanvar

Oğlaq

Bu həftə məsuliyyət və qərar mövzuları birbaşa sizin üzərinizdə cəmlənir. Atacağınız addımlar yaxın ayların istiqamətini müəyyən edə bilər. Tələsməyin, amma gecikməyin də.

Uğurlu günlər: 6, 10 yanvar
Uğursuz gün: 8 yanvar

Dolça

5–11 yanvar aralığında daxili narahatlıq hissi yarana bilər. Hər şeyi dərhal həll etmək mümkün deyil. Bir qədər geri çəkilib planlama aparmaq daha doğru olacaq. Həftənin sonu yaxşı şeylərin olacağı gözlənilir.

Uğurlu günlər: 5, 9 yanvar
Uğursuz gün: 7 yanvar

Balıqlar

Bu həftə sizə kollektiv və dostluq mövzuları ilə bağlı mesajlar gətirəcək. Kimlə yoluna davam edib-etməyəcəyinizlə bağlı qərar verməli ola bilərsiniz. Duyğular güclü olsa da, məntiqi kənarda qoymayın.

Uğurlu günlər: 6, 11 yanvar
Uğursuz gün: 8 yanvar

Top