Soyğunçuluq edən  iki nəfər saxlanılıb

Soyğunçuluq edən iki nəfər saxlanılıb


Nəsimi rayonu ərazisində talama cinayəti qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən EmpaTV-yə verilən məlumata görə, hadisə zamanı naməlum şəxslər 26 yaşlı zərərçəkənin içərisində 750 manat və bank kartları olan pul kisəsini soyğunçuluqla talayıblar.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, 23 yaşlı Fərid Nuriyev və 37 yaşlı Eltac Ruşanov saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Top