Hava yağıntılı olacaq, yollar buz bağlayacaq

Hava yağıntılı olacaq, yollar buz bağlayacaq


Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.

EmpaTV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Top